|
Bir səhifəlik danışıq kitabçasıBir səhifəlik danışıq kitabçası "Flarus" tərcümə şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Layihədə azərbaycan dilli tərcüməçi və redaktorlar iştirak edib. Bu zaman biz, bütün mümkün vəziyyətlərdə istifadə etmək üçün uyğun olan danışıq kitabçası hazırlamağı qarşımıza məqsəd qoymamışdıq. Vəsaitə yalnız ən vacib ifadələrin tərcüməsi və transkripsiyası daxil edilib.
3 saniyədən çox olamayaraq!
Danışıq kitabçasını hazırlayarkən bir sadə qaydanı əsas götürmüşdük- axtarılan ifadəni tapmağa 3 saniyədən çox vaxt sərf olunmamalıdır. Bunun üçün bizim redaktorlar kompromiss axtarmağa məcbur oldular. Axı, əgər kitabçada çox söz olsa, lazım olan ifadəni tapmağa çox vaxt sərf olunacaq və bu halda söhbəti davam etdirmək çətin olacaq, az olanda isə uyğun olan sözü tapmamaq riski var. Nəticə olaraq, biz bütün dillərdə ən çox işlədilən 200 sözdən ibarət danışıq kitabçaları hazırladıq.
Danışıq kitabçasını çap etmək üçün tərcümə istiqamətini seçin:
"Bir səhifəlik danışıq kitabçası" - ünsiyyət zamanı Sizin yığcam, rahat və praktik köməkçiniz olacaq.
|
|